""Ermənistan-Azərbaycan Sülh Platforması"nın beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq"

""Ermənistan-Azərbaycan Sülh Platforması"nın beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq"
15:05 22 May 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan-Azərbaycan Sülh Platforması"nın Avropa parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Bu mesajı həm Avropa parlamentində, həm burada, həm də başqa beynəlxalq təşkilatlarda səsləndiririk.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə deyib.

S.Seyidov bildirib ki, ancaq bu qarşılıqlı münasibətlər ikitərəfli olmalıdır:

"Azərbaycan həm danışıqlara, həm də əlaqələri qurmağa hazırdır. Qarşı tərəfin razılığının olması isə sual altındadır. Əminəm ki, açıq, sərbəst və bu şəkildə təşkil olunmuş komitələr arasında münasibətlər həm Azərbaycan parlamenti ilə Avropa parlamenti arasında münasibətləri yüksək səviyyəyə qaldıracaq, həm də Azərbaycanın ən ağrılı problemi - Dağlıq Qarabağ probleminin açıq-aşkar həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/547233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR