ABŞ-ın ticarət naziri prezidentin çıxışı zamanı yuxuya gedib

ABŞ-ın ticarət naziri prezidentin çıxışı zamanı yuxuya gedib
15:07 22 May 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ ABŞ-ın ticarət naziri Uilbur Ross Prezident Donald Trampın Ər-Riyadda ərəb ölkələri liderləri ilə sammitində çıxışı zamanı yuxuya gedib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ prezidentinin çıxışı Ağ Evin mətbuat xidməti tərəfindən təşkil olunan canlı yayımla nümayiş etdirilib.
Prezident çıxışının son hissəsində ticarətin vacibliyi barədə danışan zaman kameranın obyektivi U.Rossa yönəlib. Prezidentin qızı İvanka ilə bir cərgədə əyləşən nazirin mürgülədiyi aydın görünüb. Maraqlıdır ki, D.Tramp danışan zaman U.Rossun qulağında tərcümə üçün qulaqcıq da olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-ticaret-naziri-prezidentin-cixisi-zamani-yuxuya-gedib-foto1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR