Nobel mükafatlı siyasətçi Kann festivalında - FOTO

Nobel mükafatlı siyasətçi Kann festivalında - FOTO
15:12 22 May 2017
Ölkə mətbuatı
A- A+

Fransanın Kann şəhərində keçirilən 70-ci beynəlxalq kinofestivala Polşanın sabiq prezidenti, Nobel Sülh Mükafatı laueratı Lex Valensa da qatılıb.

Milli.Az European-a istinadən bildirir ki, 1989-cu ildə kommunist Polşasında "Vətəndaşların Həmrəylik Komitəsi"in ("Solidarnost") rəhbəri olmuş L.Valensa hakimiyyətin devrilməsinə nail olmuşdu.

1990-cu ildə o, Polşanın prezidenti seçilmişdi.

L.Valensanın kinofestivala qatılmasının əsas səbəbi polyak kinorejissor Ancey Vaydanın "Dəmirdən adam" ("Czlowiek z zelaza") filminin təkrar nümayişidir. Bu lentdə baş rolda Lex Valensa elə özünü oynayır.

Digər səbəb isə L.Valensanın kinorejissor Noa Baumbakın "The Meyerowitz Stories" filminin premyerasına qatılmasıdır. Filmdə baş rolları Adam Sendler və Ben Stiller oynayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR