Ev üsulu şaurmanın hazırlanması

Çoxlarının sevimli yeməyi olan şaurmanı evdə də hazırlaya bilərsiniz:

Metbuat.az ev üsulu şaurma reseptini təqdim edir:

Tərkibi:
1 stəkan un
80 ml su
3 qr maya (quru)
1 ç/q zeytun yağı
0,5 ç/q duz
100 ml xama
1 ç/q xardal
50 qr pendir
1 ədəd toyuq döş əti
1 ədəd pomidor
1 ədəd xiyar
1/4 hissə kələm
2 x/q soya sousu

Hazırlanmasına gəldikdə, ərzaqlar hazırlanır. Quru maya və duz unla qarışdırılır. Xəmiri yoğurarkən zeytun yağı əlavə edin. Xəmir 1 saat yarım, 2 saat müddətində isti yerdə saxlanılır. Xəmirdən diametri 5 sm olan kündə götürülür və nazik təbəqəyə çatdırılaraq yayılır. Tavada hər iki tərəfi qızardılır. Hazır olmuş lavaşın hər tərəfinə azacıq su vurulur, yoxsa quruyub sınmağa başlayacaq. Toyuğun döş əti orta həcimdə doğranılır, soya sousu vurularaq 15-20 dəqiqə saxlanılır. Əvvəlcədən isidilmiş tavada toyuq qızardılır.
Şavurma üçün sous hazırlanır. Bunun üçün xardal, xama və qaymaqlı pendir qarışdırılır. Kələm xırda doğranılır. Xiyar və pomidor doğranılır. Lavaş sousla yayılır. Üzərinə doğranmış kələm əlavə edilir. Kələmin üzərinə toyuq əti əlavə edilir. Toyuğun üzərinə isə doğranmış xiyar və pomidor əlavə edilir.
Lavaş bükülür. Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR