"Azərbaycanlıların terrorist olduqlarını, ancaq qoyun otardığını düşünürdülər"

"Azərbaycanlıların terrorist olduqlarını, ancaq qoyun otardığını düşünürdülər"
15:27 22 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Həmişə öncədən mühakimələr olur. Bir çox insanlar orada yalnız müsəlmanların yaşadığını, terrorist olduqlarını, ancaq qoyun, inək otardığını düşünürdü. Mən də elə düşünürdüm. Lakin reallıq tamamilə fərqlidir. Bakı göydələnlərlə bəzədilmiş mərmər şəhərdir. Neft pullarının ölkəyə xeyri hər addımda görünür. İnsanlar köhnə şəhərin tairix küçələrində rahat nəfəs alırlar. Bakıda həyat sadəcə superdir. Klubda da 16 oyundan 15-də meydana çıxdım. Ehtiyatda oturduğum zaman eyforiyaya qapılmadım". 


Fanat.Az xəbər verir ki, buz sözləri "Neftçi"də icarə əsasında çıxış edən çexiyalı Zdenek Folprext deyib. Çexiya mətbuatına müsahibə verən futbolçu Azərbaycandan danışıb. 


O ölkəmizdə bil problemi ilə üzləşmədiyini bildirib: "Mobil telefonla, kitab və ya başqa vasitələrlə dil öyrənməyə çalışırdım. Komanda yoldaşlarımla birbaşa söhbət edə bilirdik. Rəsmi dil Azərbaycan dili olsa da, insanların 80 faizi rus dilini yaxşı bilir. Rusiyanın yaxınlığında yerləşdiklərinə görə onların dilini əla mənimsəyiblər. Komandanın tərcüməçisi hər şeyi ingilis dilinə tərcümə edirdi. Amma son aylarda bu mənə laızm olmadı. Şəhər kənarına gedəndə rus dilində söhbət edirdim".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycanllarn-terrorist-olduqlarn-ancaq-qoyun-otardn-duunurdulrquot-t58253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR