Bu gün İslamiadanın bağlanış mərasimi olacaq

Bu gün İslamiadanın bağlanış mərasimi olacaq
15:27 22 May 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq tədbir saat 21:00-da başlanacaq.
Mərasimdə İslamiadada iştirak etmiş ölkələrin keçidi olacaq, bədii proqram nümayiş etdiriləcək. Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədov olacaq.
Qeyd edək ki, "Bakı 2017"də 54 ölkə iştirak edib. Azərbaycan 75 qızıl, 50 gümüş, 37 bürünc mesalla İslamiadanın qalibi olub. Türkiyə isə 71 qızıl, 67 gümüş və 57 bürünc olmaqla, 195 medal qazanıb və kəmiyyətcə birinci yeri tutub. Oyunların açılış mərasimi mayın 12-də elə Bakı Olimpiya Stadionunda təşkil edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/bu-gun-i-slamiadanin-baglanis-merasimi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR