Bakıda güclü yanğın / FOTOLAR

Bakının Xətai rayonunun Nobel prospektində ("Fəhlə" prospektində) güclü yanğın başlayıb.

Verilən xəbərə görə, sözügedən ərazidə 59 nömrəli orta məktəbin qarşısında, Kərim Ağakərimov küçəsində yerləşən yağdəyişmə kimi fəaliyyət göstərən məntəqələrdən birinin anbarında yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının sönürülməsi istiqamətində iş aparır. //Publika.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR