Apreldə dənizlə daşımaların həcmi artıb

Apreldə dənizlə daşımaların həcmi artıb
15:36 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cari ilin aprelində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmində çoxalma olub. Artım həm maye, həm də quru yüklərdə qeydə alınıb.

QSC-dən Trend-ə verilən məlumata görə, hesabat dövründə 2189 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 67 faiz üstələməyə imkan verib.

Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 2300 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2143 olub. Bu, faizlə ifadədə 7% artım deməkdir. Əlavə edək ki, ümumilikdə vaqonlarla 370505 ton maye, 73208.5 ton quru yüklər daşınıb.

2017-ci ilin aprelində dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1551 sərnişin daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 120 nəfər çoxdur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2757688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR