Ərdoğan QDİƏT-in toplantısında Ermənistan nümayəndəsinin çıxışını tənqid etdi

Ərdoğan QDİƏT-in toplantısında Ermənistan nümayəndəsinin çıxışını tənqid etdi
15:36 22 May 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısında Ermənistan nümayəndəsinin çıxışını tənqid edib.

Trend-in məlumatına görə, iclasda iştirak edən Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimiyan çıxışını demək olar ki, Dağlıq Qarabağ münaqişəsinə həsr edib.

A.Hovakimiyanın çıxışını sərt tənqid edən R.T.Ərdoğan isə toplantının siyasi ittiham yeri olmadığını bildirib: "Heç bir nümayəndə nə kimisə ittiham etdi, nə də siyasi məsələlərdən danışdı. Lakin siz bütün çıxışınızı siyasi dəyərləndirməyə ayırdınız".

Türkiyə Prezidenti Rusiyanın Baş naziri Medvedevə işarə edərək məsələ ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu xatırladıb:

"Bu münaqişənin nizamlanmasında böyük fayda var".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2757686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR