İlin ən güclü ictimai nitq spikeri - Bakı Mühəndislik Universitetinin tələbəsi olub

İlin ən güclü ictimai nitq spikeri - Bakı Mühəndislik Universitetinin tələbəsi olub
15:37 22 May 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

20 may tarixində "Azərbaycan İctimai Nitq Çempionatı" layihəsinin final, bağlanış və mükafatlandırma mərasimi baş tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutan tədbirdə bütün şəhərlərindən ən güclü 14 natiq mübarizə aparıb. İngilis dilində çıxış edən spikerləri profesional jüri heyəti qiymətləndirib.

Layihə rəhbəri Kənan Məmmədov bildirib ki, bu layihə artıq 4-cü dəfədir ardıcıl olaraq təşkil edilir. Layihənin məqsədi iştirakçıların təqdimat bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsidir. Layihəyə müraciət edən iştirakçılar ardıcıl olaraq layihə mərhələlərindən keçərək bu sahədə nəzəri və praktiki biliklərə yiyələniblər.

Layihə çərçivəsində ilk olaraq iştirakçılara profesional natiqlik təlimləri keçirilib. Daha sonra gənclərin seçdikləri mövzulara hazırlaşmaq məqsədilə mentorinq hissə baş tutub. İştirakçılar arasında seçim mərhələsindən yalnız 14 nəfər finala haqq qazana bilib. Seçilən finalçılar üçün master klas təşkil olunub və onların finala tam hazırlığı təmin edilib.

Final dəbirində jüri qismində "Youth İnc." Sahibkarlıq Proqramının Direktoru Ələkbər Mustafayev, "EBSCO" şirkətinin nümayəndəsi Seymur Rəsulov, "BP" şirkətinin nümayəndəsi Rəşad Bayramov və "PASHA Bank"-ın nümayəndəsi Ceyhun Atayev iştirak edib.

Jüri qiymətləndirməsinə görə Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbəsi Rübay Səmədzadə "Law of attraction" mövzusu ilə çempionatın qalibi olub. Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ayşən Əliyeva 2-ci yerin sahibi olub. 3-cü yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistr tələbəsi Cavid Əbdurəhim qazanıb.

Qeyd edək ki, layihə "Muğan Bank", "AAA" İctimai Birliyi, "ASAN Könüllüləri" Gənclər Təşkilatı, "Youth İnc." Proqramı, "EduHUB" şirkətinin dəstəyi ilə "eproject" group tərəfindən həyata keçirilir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR