Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımaların həcmini artırıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımaların həcmini artırıb
15:52 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin aprelində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmində - həm maye, həm də quru yüklərdə artım qeydə alınıb. 
Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, hesabat dövründə 2 189 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 67% üstələməyə imkan verib.
Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 2 300 vaqon daşınıb ki, bu da illik müqayisədə 7% çoxdur. Ümumilikdə, vaqonlarla 370 505 ton maye, 73 208,5 ton quru yüklər daşınıb.
Hesabat ayında dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1 551 sərnişin daşınıb və bu, illik müqayisədə 8,4% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-xezer-deniz-gemiciliyi-dasimalarin-hecmini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR