ABŞ-Rusiya xəttində “marionetka” QALMAQALI

ABŞ-Rusiya xəttində “marionetka” QALMAQALI
15:53 22 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin üzvü, respublikaçı senator Com Makkeynin Rusiyanın xarici işlər naziri Sergey Lavrov barəsində söylədikləri qalmaqala səbəb olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin başçısı Konstantin Kosaçev Con Makkeynin fikirlərinə qulaq asmamağı təklif edib.

Rusiyalı senator bildirib ki, Makkeynin mövqeyi “qızdırma” səviyyəsindədir.

“Makkeyn və onun kimi siyasətçiləri dinləməyin heç bir mənası yoxdur. Mənim fikrimcə, Makkeyni şərh etmək bu gün istənilən sağlamdüşüncəli insan üçün tərbiyəsizlikdir”, - Kosaçev bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, senator Con Makkeyn “zəhər istehsal edir” və buna görə də o zəhəri Sergey Lavrova tökməyə qərar verib.

Kremlə yaxın olan jurnalisti Dmitri Smirnov Amerika senatorunun bəyanatını şərh edərək bildirib ki, Con Makkeynin arqumentləri bitib.

Xatırladaq ki, Makkeyn "Fox News Sunday” proqramına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əlaqədar kəskin ifadələr işlədib. Makkeyn Lavrovu "quldur və qatil” Putunin "marioentkası və təbliğatçısı” adlandırıb.

O, Rusiya XİN rəhbərinin prezident Trampla görüşünü şərh edərkən deyib ki, Lavrovun Oval kabinetdə nə işi var?

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR