Azərbaycanda tanınmış modeller bir araya gələcək

Azərbaycanda tanınmış modeller bir araya gələcək
16:04 22 May 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda “Azerbaijan Fashion Week” moda sərgisi keçiriləcək. Lent.az-ın məlumatına görə, moda həftəsinin ilk günü, yəni 23 mayda Azərbaycanın tanınmış aktrisaları podium çıxacaq. Elnarə Bəkirova imzalı geyimləri 14 yerli aktrisa nümayiş etdirəcək. “Kino kimi” adlı moda gecəsi Hollivud film təqdimatını xatırladacaq və aktrisalar dünya film musiqiləri sədaları altında podiumda şou göstərəcəklər. Gecənin fəxri qonaqları sırasında Azərbaycanın tanınmış ulduzları yer alacaq.

 

Qeyd edək ki, "Azerbaijan Fashion Week" ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlər iştirak edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR