"Zirə"nin çalışdırıcısı Ayxan Abbasovun heyətdə saxlayacağı daha bir futbolçunun adı bəllidi. Fanat.Az xəbər verir ki, "qartallar" Yovan Krnetaya da yeni müqavilə təklif edib.
Hazırda vətənində olan Krnetanın Avroliqanın hazırlıqlarına qatılacağı dəqiqdi. 25 yaşlı serb futbolçu bu haqda məlumatlandırılıb və Azərbaycana qayıdandan sonra onunla daha birillik anlaşma imzalanacaq.
Fanat.Az