Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə konsert

Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə konsert
16:12 22 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunları günlərində Heydər Əliyev Sarayında qonaqlara və turistlərə islam mədəniyyəti və Azərbaycanın zəngin mədəniyyəti və incəsənətini əks etdirən müxtəlif tədbirlər və konsert proqramları təqdim edildi.

Aprel ayında Bakı Şoppinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olundu. Obrazlığı, rəngarəngliyi və ifaları böyük marağla qarşılanan və qonaqlar tərəfindən yüksək qiymətləndirilən Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" yeni konsert proqramı və "Koroğlu" bir pərdəli milli baleti mayın 20-də Heydər Əliyev Sarayında baş tutdu.

Konsertin bədii rəhbəri və quruluşçusu Rusiya Federasiyasının Xalq artisti Dikalu Muzakaevdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR