Gürcüstan, Türkiyə və Azərbaycan birgə təlimlər keçirəcək

Gürcüstan, Türkiyə və Azərbaycan birgə təlimlər keçirəcək
16:22 22 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gürcüstan, Türkiyə və Azərbaycan bu ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündən sonra deyib.

Onun sözlərinə görə, bu planları müzakirə etmək üçün mayın 23-ü Türkiyənin müdafiə naziri Fikri İşığın da qatılacağı üçtərəfli görüş keçiriləcək.

L.İzoria qeyd edib ki, 4-14 iyun tarixlərində Türkiyədə hər üç ölkənin xüsusi əməliyyat qüvvələrinin iştirak edəcəyi "Caucasus Eagle" təlimləri keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/547260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR