Dəm qazından zəhərlənmə zamanı nə etmək lazımdır?

Dəm qazı üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının, odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir.

Metbuat.az xəbər verir ki, zəhərlənmədən qorunmaq üçün bəzi qaydalara əməl etməlisiniz:

Müntəzəm şəkildə və keyfiyyətlə qaz sistemlərinə və isitmə sistemlərinə texniki xidmət göstərin; evdə qaz sızmasını göstərən indikator quraşdırın; ayrıca isitmə və qaz cihazlarından təhlükəsiz istifadəyə dair qaydalara əməl edin; bacanın sovurma gücünü yoxlayın; gecələr sobanın bacasını bağlamayın; evin qızdırılması üçün qaz plitələrindən istifadə etməyin; qaz cihazlarının olduğu sahələrin havasını tez-tez dəyişin; yaşayış sahələrində, qarajda və ya zirzəmidə, açıq pəncərələr yanında qrillərdən və ya nəyinsə yandırıldığı qurğulardan istifadə etməyin; sahələrin havasını müntəzəm şəkildə dəyişin; ventilyasiyası, pəncərə və qapıları olmayan sahədə daxili yanma mühərrikləri işləməməlidir.

Dəm qazı ilə zəhərlənmənin ilkin əlamətləri nələrdir?

Baş ağrısı, başgicəllənmə, qulaqlarda küy, ürəkbulanma, qusma, sinədə ağrılar zəhərlənmənin ilkin əlamətləri sayılır.

Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım necə aparılır?

Öncə, zərərçəkmiş şəxsi dərhal təmiz havaya çıxartmaq lazımdır. Naşatır spirtində isladılmış pambıq burnuna yaxınlaşdırmaq, dar və sıxıcı paltarlarını soyundurub, ağciyərlərə havanın rahat daxil olmasını təmin etmək vacibdir. Əgər huşu özündədirsə, çoxlu maye içirtmək (çay, su) tənəffüsü dayanıbsa, dərhal süni tənəffüs vermək və ürəyi dolayı masaj etmək və “təcili yardım” çağırmaq lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR