Mingəçevirdə dönərçini elektrik cərəyanı vuraraq öldürüb

Mingəçevirdə dönərçini elektrik cərəyanı vuraraq öldürüb
16:37 22 May 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 22 may. REPORT.AZ/ Mingəçevir şəhərində dönərçini elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin "Sahil parkı" ərazisində yerləşən "Baku" restoranında  qeydə alınıb.
Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub.
İlkin məlumata görə, hadisə elektrik enerjisi ilə çalışan dönər aparatının nasaz olması səbəbindən baş verib . O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Həsənli ailəli olub, 3 azyaşlı uşağı var 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-donercini-elektrik-cerayani-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR