Bakı şəhər prokuroruna mətbuat üzrə köməkçi təyin edildi

Bakı şəhər prokuroruna mətbuat üzrə köməkçi təyin edildi
16:38 22 May 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Prokurorluğunda yeni təyinat olub.

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Tural Çingiz oğlu Aslanov Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

T.Aslanovun adı Baş Prokurorluğun veb saytında prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrə görə məsul olan əməkdaşlarının siyahısına əlavə edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinatı təsdiqləyib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/199753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR