Azərbaycanda dönərçi faciəvi şəkildə öldü

Azərbaycanda dönərçi faciəvi şəkildə öldü
16:42 22 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində dönərçini elektrik cərayanı vuraraq öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Sahil parkı" ərazisində yerləşən "Baku" restoranında  baş verib.

Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub.

İlkin məlumata görə, hadisə elektrik enerjisi ilə çalışan dönər aparatının nasaz olması səbəbindən baş verib. O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Həsənli ailəli olub, 3 azyaşlı uşağı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR