Kəmaləddin Heydərovun Beyləqanda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kəmaləddin Heydərovun Beyləqanda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16:44 22 May 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 23 may 2017-ci il tarixində Beyləqan şəhərində, Gənclər Mərkəzinin binasında saat 11.00-dan keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu mayın 24-də keçiriləcəkdir.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR