Atatürkün abidəsini balta ilə uçurmağa çalışdı

Atatürkün abidəsinə tinər töküb, yandırmağa çalışan kişini polislər insanların əlindən güclə xilas edib.

Metbuat.az xəbər verir ki, Adapazarındakı Demokratiya meydanındakı Atatürk abidəsini baltayla dağıtmağa cəhd edən kişini insanlar döyüb.

Abidə önünə nərdivan və Türkiyə bayrağını qoyan kişi əllərini qaldıraraq, ərəbcə nəsə deyib. Sonradan isə baltayla abidəyə vurmağa başlayıb. Bir neçə şəxsi yaralasa da, həbs olunub.

Hadisəni törədən şəxsin 37 yaşlı Türkiyə vətəndaşı Məhəmməd Faruk olduğu məlum olub. Onun 2010-cu ildə də abidəyə ziyan vurduğu deyilir. Farukun psixoloji problemlərinin olduğu bildirilib.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR