Firuzə İbadova: "Borca-xərcə düşdüm, sonu da belə oldu" - FOTO

Firuzə İbadova: "Borca-xərcə düşdüm, sonu da belə oldu" - FOTO
16:52 22 May 2017
141 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, sevilən müğənni Firuzə İbadova son günlər başına gələn hadisələrdən danışıb. Milli.Az-a açıqlama verən əməkdar artist mətbuatda dediklərinin qabardılmasından şikayətlənib.

"Mətbuatda oxuduğunuz xəbər bir az şişirdilmişdi. Mənə evimdən çıxmağım üçün vaxt qoyulmayıb. Sadəcə olaraq, mən öz halalca evimi satıb, başqa bir ev almaq istəyirəm. Ev məsələmin Orxanla qətiyyən əlaqəsi yoxdur. Məni pula görə heç kim evimdən çıxara bilməz, bu gülünc məsələdir. Mən bu evi almamışdan əvvəl əlimdə olan hər şeyi satdım, borca-xərcə düşdüm. Orxana demək istəyirəm ki, xahiş edirəm ki, pulumu qaytar. Çünki mən evdə xəstə anamı, qızımı və nəvəmi saxlayıram. Toylardan qazandığım cüzi bir məbləğ yalnız mənim səhnə geyimlərimə bəs edir. Mənim ona qarşı münasibətim heç vaxt pis olmayıb. O mənim dəyərli rəfiqəm və sevilən sənətkarımız İlhamə xanım Quliyevanın oğludur. O sağ olsaydı, heç vaxt istəməzdi ki, mən bu cür əziyyət çəkim. İstəmirəm sevilən sənətkarımızın ruhu Orxandan incisin. Mən onun haqda çıxıb efirlərdə, saytlarda artıq -əskik bir söz danışmamışam. Hamı ondan üz döndərəndə yanında olmuşam. Bəlkə də məndən ona yalan söz çatdırıblar, çünki o da pis övlad deyil. Yəqin ki, bu müsahibədən sonra Orxan mənə qarşı olan münasibətini müsbətə doğru dəyişəcək", - deyə sənətkar bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Firuzə İbadovanın evindən çıxarılması üçün vaxt qoyulduğu yayılmışdı.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/547258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR