"Milan" ilk transferini reallaşdırdı

"Milan" ilk transferini reallaşdırdı
17:07 22 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Milan" ilk transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, İtaliya klubu "Vilyarreal"dan Mateo Musakçionu heyətinə qatıb.


Artıq "Milan" futbolçu və klubu ilə anlaşıb. İtalyanlar 26 yaşlı müdafiəçi ilə 4 illik razılığa gəlib. Bu gün Milana gələn futbolçu tibbi müayinədən keçib. Sənədləşmə işləri başa çatandan sonra rəsmi anlaşma imzalanacaq.


Artıq "Milan TV" tibbi müayinədən keçən Mateo Musakçionun görüntülərini yayıb. İtalyanların argentinalı futbolçuya görə "Vilyarreal"a 18 milyon avro ödəyəcək.


Qeyd edək ki, "Transfermarkt" ona 15 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmilanquot-ilk-transferini-realladrd-t58258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR