Nazirin qəbul vaxtı dəyişdi

Nazirin qəbul vaxtı dəyişdi
17:13 22 May 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 23 may 2017-ci il tarixində Beyləqan şəhərində, Gənclər Mərkəzinin binasında saat 11.00-dan keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu mayın 24-də keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/199759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR