Azərbaycan millisinin voleybolçusu karyerasını İtaliyada davam etdirə bilər

Azərbaycan millisinin voleybolçusu karyerasını İtaliyada davam etdirə bilər
17:22 22 May 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan milli komandasının voleybolçusu Vüqar Bayramov karyerasını İtaliyada davam etdirə bilər. Bu barədə “Report”a 25 yaşlı idmançının özü məlumat verib.
O, bildirib ki, hazırda bununla bağlı danışıq aparılır: “Karyeramı İtaliyada davam etdirməyi düşünürəm. Hələlik ad çəkmək istəmirəm, danışıqlar gedir. Rəsmiləşdikdən sonra açıqlayacağam”.
Qeyd edək ki, Vüqar Bayramov son mövsümü Türkiyə çempionatının II divizionunda çıxış edən “Solhan” klubunda keçirib. O, karyerası ərzində “Azərneft”, “Sərhədçi”, “Birgol İranian” (İran) və “Palandöken Belediyespor” (Türkiyə) komandalarının da formasını geyinib. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-millisinin-voleybolcusu-karyerasini-i-taliyada-davam-etdire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR