Kanada və Braziliya neft bazarı üçün yeni təhlükə yaradır

Kanada və Braziliya neft bazarı üçün yeni təhlükə yaradır
17:22 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Dünyanın 7-ci və 10-cu ən böyük neft hasilatçıları olan Kanada və Braziliyanın bu il hasilatı artıraraq neft bazarının balanslaşdırılmasına mane olacağı ehtimal edilir.
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu iki ölkə ilə yanaşı, Norveç və Böyük Britaniyanın az da olsa hasilatı artıracağı gözlənilir.
Qeyd edək ki, OPEC hazırda dünya neft hasilatının 40%-ni həyata keçirir. Sinqapurun "RCMA Asset Management" investisiya şirkətinin investisiyalar üzrə icraçı direktoru və şirkətə aid "Merchant Commodity" hedc fondunun meneceri olan Duq Kinq (Doug King) hesab edir ki, neft bazarı hazırda bütün diqqətini ABŞ-dakı şist neft hasilatında artıma yönəldib. Braziliya və Kanada isə hasilatı sürətlə artırmağa davam edir və bazar bunu görmür.
"The Wall Street Journal"a görə, ABŞ, OPEC və ona daxil olmayan 11 ölkə istisna olmaqla 5 ən iri neft hasialtçısı bu il hasilatı 300 min barel/gün artıracaq. "Baker Hughes" neft-qaz araşdırmaları şirkətinin hesabatına görə, Kanada 2017-ci ildə qazma quyularının sayını 86 ədədə çatdırıb ki, bu da 2015-ci ilin dekabr ayından bu günədək maksimal göstəricidir. Kanadanın neft şirkətləri həmçinin neft hasilatının maya dəyərini 30% azaldıb. Qəzetin məlumatına əsasən, Braziliya isə bu il neft hasilatını 212 min barel/gün artıra bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/kanada-ve-braziliya-neft-bazari-ucun-yeni-tehluke-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR