Azərbaycanda 47 yaşlı baş həkim xəstəlikdən vəfat edib

Azərbaycanda 47 yaşlı baş həkim xəstəlikdən vəfat edib
17:32 22 May 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ “Sağlam Ailə” Tibb Mərkəzinin baş həkimi, həkim-terapevt Vüqar Abdullayev dünyasını dəyişib.
“Report” xəbər verir ki, mədəaltı vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən V.Abdullayev 47 yaşında vəfat edib.
Qeyd edək ki, o, V.Abdullayev 1969-cu il noyabrın 11-də anadan olub. 1986-1993- cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-2002- ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında fəaliyyət göstərib. 2002-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkim-terapevt vəzifəsində çalışıb. 2003-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Terapiya şöbəsinə rəhbərlik edib. Bir sıra yerli və beynəlxalq təlimlərdə, təkmilləşmə kurslarında və təcrübə mübadilələrində iştirak edib.
2013-cü ildən isə “Sağlam Ailə” Tibb Mərkəzində həkim-terapevt eyni zamanda, baş həkim vəzifəsində çalışırdı.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycanda-47-yasli-bas-hekim-xestelikden-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR