20 gündən sonra ukraynalıların həyatı dəyişəcək

20 gündən sonra ukraynalıların həyatı dəyişəcək
17:32 22 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının (Aİ) rəsmi qəzetində Ukrayna vətəndaşlarına vizasız rejimin tətbiq olunması ilə bağlı qərarı dərc edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bununla da Ukrayna vətəndaşları 20 gündən sonra iyunun 11-dən Aİ ölkələrinə vizasız səfər edə biləcəklər.

"Geri sayım başladı! 20 gündən sonra, yəni iyunun 10-dan 11-ə keçən gecə ukraynalılar üçün vizasız rejim qüvvəyə minəcək", - deyə Ukrayna prezidenti Pyotr Poroşenko "Twitter"-də yazıb. 

Qeyd edək ki, mayın 17-də Strasburqda Avropa İttifaqının (Aİ) Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiq olunmasına dair qərarın imzalanma mərasimi keçirilib. Mərasimdə Avropa Parlamentinin sədri Antonio Tayani, Aİ-yə sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR