ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı
17:37 22 May 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ankardakı səfiri Con Bass Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu haqda Türkiyə XİN-i açıqlama yayıb.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Vaşinqtona ziyarəti zamanı Türkiyənin ABŞ-dakı səfirliyinin binası qarşısında prezidentimizin mühafizə xidmətinin əməkdaşlarına qarşı hücumu, təcavükar davranışın dipolmatik qaydalara zidd olduğu ABŞ səfirinin diqqətinə çatdırlıb. ABŞ rəsmilərindən bu məsələ ilə bağlı istintaqa başlaması və lazım olan açıqlamanı verməsi səfirdən rəsmi olaraq, tələb edilib", - deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, Rəcəb Tayib Ərdoğanın ABŞ-a səfəri zamanı ölkənin Vaşinqtondakı səfirliyinin binası qarşısında Türkiyəyə qarşı olan etnik qrupların nümayəndələrindən ibarət dəstə mühafizə xidmətinin əməkdaşlarına hücum etmişdi. Hücumun qarşısını almaq üçün polis cəhd göstərməmiş, hadisənin müşahidə etmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR