Ramal imicini dəyişir: "Deyəcəklər ki, heyf bu uşaqdan"

Ramal imicini dəyişir: "Deyəcəklər ki, heyf bu uşaqdan"
17:52 22 May 2017
93 Şou
Ölkə mətbuatı
A- A+

"Addımlardan, qınaqdan çəkinirəm. Hansısa bir dəyişiklik etsəm, top-tüfəngə tutacaqlar".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "ATV maqazin onlarla" verilişində deyib.

Sənətçi bildirib ki, imicində dəyişikliklər edəcək:

"Mənə tənbəl, yatağan deyirlər. Görəsən, 250 mahnını kim oxuyub, yazıb? Məndən nə istəyirlər? Bundan sonra gözümə heç kim görsənməyəcək. Hələ Azərbaycan ənənəsinə uyğun davranıram. Bir azdan "avropalaşacağam". Hamı deyəcək ki, heyf bu uşaqdan. Saçlarımı uzadıram. Partlayış bir şey etməliyəm, sıradan olmayacaq".

Ramal türkiyəli ifaçı Tarkana yazdığı mahnının aqibətindən danışıb:

"Nə vaxtsa Tarkan mahnını oxuyacaq. Bəstəmi eşidəndə dedi ki, mənə sənin kimi musiqiçi lazımdır. Şərt kəsdi ki, mənə yazdığın mahnını anan-atan belə eşitməməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/547274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR