Azərbaycanda tanınmış baş həkim vəfat etdi

Azərbaycanda tanınmış baş həkim vəfat etdi
17:57 22 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sağlam Ailə" Tibb Mərkəzinin baş həkimi, həkim-terapevt Vüqar Abdullayev dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, mədəaltı vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən V.Abdullayev 47 yaşında vəfat edib.

Qeyd edək ki, V.Abdullayev 1969-cu il noyabrın 11-də anadan olub. 1986-1993- cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-2002- ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında fəaliyyət göstərib. 2002-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkim-terapevt vəzifəsində çalışıb. 2003-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Terapiya şöbəsinə rəhbərlik edib. Bir sıra yerli və beynəlxalq təlimlərdə, təkmilləşmə kurslarında və təcrübə mübadilələrində iştirak edib.

2013-cü ildən isə "Sağlam Ailə" Tibb Mərkəzində həkim-terapevt eyni zamanda, baş həkim vəzifəsində çalışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR