Rusiya Ermənistana yeni silah tədarük etməyi planlaşdırır

Rusiya Ermənistana yeni silah tədarük etməyi planlaşdırır
18:02 22 May 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)  ölkələrinə yeni silah sistemləri, o cümlədən helikopter və hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə açıqlamasında Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib. 
O deyib ki, çatdırılma Ermənistan, Belarus və Qazaxıstanla hərbi əməkdaşlıq sahəsində müqavilələrə uyğun olaraq həyata keçiriləcək: "Söhbət, ilk növbədə aviasiya texnikası, xüsusilə helikopter, hava hücumundan müdafiə sistemləri və BTR-lərdən gedir."
Bundan əlavə, KTMT-nin baş katibinin müavini Valeri Semerikovun sözlərinə görə, KTMT yaxın illərdə çevik qüvvələrin pulsuz silahla təmin edilməsi planını nəzərdən keçirir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-ermenistana-yeni-silah-tedaruk-etmeyi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR