Bakıda vətəndaş maşını piyada keçidində saxlayan sürücüyə dərs keçdi - FOTO

Bakıda vətəndaş maşını piyada keçidində saxlayan sürücüyə dərs keçdi - FOTO
18:17 22 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda maraqlı hadisə baş verib.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, şəhərdə bir sürücü piyada keçidinin üstündə maşın saxlayıb.
 
Bundan bərk qəzəblənən paytaxt sakinlərindən biri sürücünü özünəməxsus şəkildə cəzalandırıb. Vətəndaş piyada keçidinin üzərində dayanan avtomobilin təkərini boşaldıb.
 
Sürücü avtomobilini bu vəziyyətdə gördükdə heyrətlənib. Vətəndaşın sürücüyə keçdiyi dərs yəqin ki, uzun müddət yadından çıxmayacaq.  
 
Qeyd edək ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, nəqliyyat vasitəsi piyada keçidlərinə ən azı 5 metr məsafədə dayana bilər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR