''Darvin bankası”ndakı 740 saylı özüldə yenidənqurma işləri aparılır

''Darvin bankası”ndakı 740 saylı özüldə yenidənqurma işləri aparılır
18:29 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

''Darvin bankası” yatağında əlavə 8 quyunun qazılması üçün 740 saylı Stasionar Dəniz Özülündə yenidənqurma işləri aparılır.

Trend SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulmuş, sementləmə işləri yerinə yetirilib, quyular üçün yeni monifold bloku yığılıb, texnoloji xətlər çəkilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb. Obyektdə işlər davam etdirilir.

Qeyd edək ki, əlavə qazılacaq quyuların hər birindən sutkada sutkada 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2757788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR