Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
18:34 22 May 2017
145 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Firəngiz Əliağa qızı Əlizadə “Şərəf” ordeni ilə təltif edilib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə  Azərbaycan elminin inkişafında xidmətlərinə görə İbrahim Said oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.

 

Prezident İlham Əliyev həm də Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqqında sərəncam imzalayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR