Ruhani: "ABŞ-ərəb sammiti tamaşadır"

Ruhani: "ABŞ-ərəb sammiti tamaşadır"
18:52 22 May 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani ötən gün Ər-Riyadda baş tutmuş ABŞ-ərəb sammitini tamaşa adlandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təkrar İran prezident seçilən H.Ruhani bu sammitin terrorizm problemini həll etməyəcəyini deyib. Onun sözlərinə görə, bu cür görüşlər Səudiyyə Ərəbistanında daha əvvəl də keçirilib.

Sammit çərçivəsində imzalanan silah sazişi barədə danışan İran prezidenti bunun da terrorizmə qarşı mübarizədə xeyir verməyəcəyini qeyd edib.

H.Ruhani vurğulayıb ki, terrora qarşı real mübarizəni İran, Suriya və Livan xalqları aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR