Bit bazarından 20 manata aldı, 700 min manata satacaq

Bit bazarından 20 manata aldı, 700 min manata satacaq
18:53 22 May 2017
1472 Dünya
Ölkə mətbuatı
A- A+

30 il əvvəl bit bazarından 10 sterlinqə (təxminən 20 manat) alınan brilliant üzük 350 min sterlinqə (təxminən 722 400 manat) satılacaq.

Publika.az xəbər verir ki, hadisə İngiltərədə yaşanıb. Üzüyü bit bazarından 1980-ci illərdə alan şəxs onun illərlə onun dəyərindən xəbərsiz olub. Hətta üzüyün daşının brilliant olduğunu belə bilməyib. Sahibinin dəyərini bilmədiyi bu üzük XIX əsrdən qalıb və üzüyün qaşı 26 karatlıq bir brilliantdır.

Üzük iyul ayında auksiona çıxarılacaq. Üzük sahibi adının açıqlanmasını istəməyib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR