Yerli məşhurlar və övladları - FOTOLAR

Yerli məşhurlar və övladları - FOTOLAR
18:57 22 May 2017
224 Şou
Ölkə mətbuatı
A- A+

Hər zaman musiqiləri və qalmaqaları ilə gündəmə gələn yerli şou əhli şəxsi həyatları da diqqət mərzəkində olur.

Milli.Az big.az -a istinadən xəbər verir ki, çox az sayda sənətçilərimiz var ki, həyat yoldaşı və övladlarını efirlərdən uzaq tutur. Buna baxmayaraq mətbuata fotoları sızır. Amma elə müğənnilərmiz də var ki, övladlarının fotolarını mətbuata öz istəkləri ilə yayır.

Həmin məşhurların övladları ilə olan fotoları təqdim edirik:

Xalq artisti Həmidə Ömərova və oğlu Rəhim. Qeyd edək ki, aktrisa 1993-cü ildə 35 yaşında ailə həyatı qurub. Bu evlilikdən Həmidə xanımın 1994-cü ildə bir oğlu dünyaya gəlib. Özünü xoşbəxt ana hesab edən aktrisa xoşbəxt həyat yoldaşı olmadığını deyir. 

Yerli məşhurlar və övladları - FOTOLAR

Əməkdar artist Rafael İsgəndərov və oğlu Fuad:

"Oğlumun 18 yaşı var və hazırda Azərbaycan Dövlət Pedoqoji Universitenin tələbəsidir. Yolumu davam etdirib-etdirməyəcəyini deyə bilmərəm. Bu sahəyə marağının olduğunu hiss edirəm. Rejissorluq barədə düşünür. Yaşı az olduğu üçün dəqiq qərar verə bilmir. Bizdə də belə olub. Bu yaşda həmişə belə olur. Tez-tez insan fikrini dəyişir. İnşallah, 25 yaşında əsas peşəsini seçər".

Yerli məşhurlar və övladları - FOTOLAR

Müğənni Cavidan Novruz və oğlu Turan.

Yerli məşhurlar və övladları - FOTOLAR

İdmançı Rafael Ağayev və oğlu Ramal.

Yerli məşhurlar və övladları - FOTOLAR

Aparıcı Turan İbrahimov və oğlu Ömər. Qeyd edək ki, aparıcı vizajist Nərmin İbrahimova ilə ailəlidir. Nərmin həyat yoldaşının ünvanına təriflər yağdırmağı da unutmur: 

"Mənə hər zaman işimdə dəstək oldu, pisliklərdən qorudu. Ən əsası isə, oğlumu və məni sevdi, sevindirdi. Turanı çoxları acıdil kimi tanıyır. Düzdür, həqiqəti üzə deməyi üstün tutur. Çünki heç kimin arxasınca danışmağı sevmir. Onun ürəyi çox təmizdir, eyni zamanda da kövrəkdir. Bu insan qarışqanı belə əzməz. Məni incitməz, bəzən istəmədən incitsə belə, könlümü alır. Ailəsini hər şeydən və hər kəsdən üstün tutur. Bilir ki, işimi çox sevirəm. Ona görə də, mane olmur. Allah Turanı bizə çox görməsin".

Yerli məşhurlar və övladları - FOTOLAR

Müğənni Samir Priyev. Qeyd edək ki, sənətçinin üç övladı var. Onun birinci nikahından bir qızı Aişə, ikinci nikahdan isə Fərəh adlı qızı və Nicat adlı oğlu dünyaya gəlib. S.Piriyev 2010-cu ilin iyul ayında teleaparıcı Anara Fətəliyeva ilə ailə həyatı qurub. 

Yerli məşhurlar və övladları - FOTOLAR

Müğənni Emil Bədəlov və qızı Səadət. Sənətçi ikinci dəfə ata olmağa hazırlaşır. Qeyd edək ki, ifaçının həyat yoldaşı tarzən Firuz Əliyevin qızıdır.

Yerli məşhurlar və övladları - FOTOLAR

Aktyor Rəşad Kəsəmənli və qızı. Aktyorun Zəhra, Əsma adlı qızları və Əli adlı bir oğlu var. 

Yerli məşhurlar və övladları - FOTOLAR

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) və oğlu Əli. Qeyd edək ki, Ş.Tovuzlunun ilk evliliyindən bir qızı da var.

Yerli məşhurlar və övladları - FOTOLAR

Yumorist Fərda Xudaverdiyev və oğulları Amin ilə Mətin.

Yerli məşhurlar və övladları - FOTOLAR

Aparıcı İlqar Mikayıloğlu və oğlu.

Yerli məşhurlar və övladları - FOTOLAR

Müğənni Rəşad İlyasov və qızı Leyla. Gülnarə adlı xanımla ailəli olan sənətçinin Mirzə adlı bir oğlu var.

Yerli məşhurlar və övladları - FOTOLAR

Aktyor İlkin Misgərli və qızı Zeynəb.

Yerli məşhurlar və övladları - FOTOLAR

Müğənni Ramal İsrafilov və qızı Liya.

Yerli məşhurlar və övladları - FOTOLAR

Müğənni Xatirə İslam və oğlu Emil.

Yerli məşhurlar və övladları - FOTOLAR

Müğənni Rahidə Baxışova və oğlu.

"Bir oğlum, bir qızım var. Uşaqlarıma çox bağlıyam. Sənətdən uzaqlaşıb, onların tərbiyəsi ilə məşğul oldum. Övladlarımı elə çox istəyirəm ki, bu hisləri sözlə ifadə edə bilmərəm. Oğlumun 13 yaşı var, qızım isə hələ balacadır. Bəzən oğluma deyirəm ki, əynini qalın geyin. Deyir ki, ay ana, sən məni nə çox düşünürsən".

Yerli məşhurlar və övladları - FOTOLAR

Aktrisa Vəfə Zeynalova və əkizləri Səbinə ilə Lələ.

Yerli məşhurlar və övladları - FOTOLAR

Aparıcı Aytən Səfərova və qızı Ayza. Qeyd edək ki, A.Səfərovanın bir oğul övladı da var.

Yerli məşhurlar və övladları - FOTOLAR

Aparıcı Lalə Əlimuxtarova və qızı Melisa.

Yerli məşhurlar və övladları - FOTOLAR

Prodüser Təranə Səmədova və qızı Suel. T. Səmədova gələcəkdə qızının hansı sahəyə marağı olsa o sahədə ona dəstək olacağını açıqlayıb:

"Hansı sahədə istedadı olsa, hansı sahəyə marağı olsa o sahədə də onu görmək istərəm. Heç nəyə övladımı məcbur etmərəm. Bircə istəmirəm qızım sənətimi davam etsin. İstəmərəm Suel prodüser olsun. İndiki şou-biznesdən uzaq olsa daha yaxşı olar, inşallah".

Yerli məşhurlar və övladları - FOTOLAR

Müğənni Elton Hüseynəliyev və qızları Nuray, Məryəm. Qeyd edək ki, Elton prodüser Toma ilə ailəlidir.

Yerli məşhurlar və övladları - FOTOLAR

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/547321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR