Premyer Liqada mövsümün qolunu ƏMRƏ CAN vurdu - VİDEO

Premyer Liqada mövsümün qolunu ƏMRƏ CAN vurdu - VİDEO
19:12 22 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında 2016-17 mövsümünün qolu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, BBC telekanalının azarkeşlər arasında keçirdiyi sorğunun qalibi "Liverpul"un yarımmüdafiəçisi Əmrə Can olub.

Belə ki, azarkeşlərin ən çox bəyəndiyi qol Almaniya yığmasının üzvünün "Uotford"a akrobatik tullanışla vurduğu top olub. Türkiyə əsilli oyunçu səsvermədə "Arsenal"ın hücumçusu Olivye Jiru və "Vest Hem"in forvardı Endi Koulu geridə qoyub.
 
23 yaşlı oyunçunun qolu bir neçə gün əvvəl "Sky" telekanalının 85 min azarkeş arasında apardığı səsvermənin də qalibi olmuşdu.
 
Qeyd edək ki, geridə qalan mövsümdə "Liverpul"un heyətində ümumilikdə 39 qarşılaşmada iştirak edən Əmrə Can 5 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Premyer Liqada mövsümün qolunu ƏMRƏ CAN vurdu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR