Bu ilin əvvəlindən "DDoS" hücumlar azalıb

Bu ilin əvvəlindən "DDoS" hücumlar azalıb
19:17 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may.REPORT.AZ/ Bu ilin birinci rübündə ilin başlanğıcı üçün ənənəvi olaraq "DDoS" hücumlarının azalması qeydə alınıb. 
"Report" xəbər verir ki, bu, "Kaspersky Lab" şirkətinin hesabatında əks olunub. Şirkət qeyd edir ki, təhlükənin ümumi inkişaf vektoru ekspertlərin proqnozlarını təsdiqləyir. Keçən ilin analoji dövrü müqayisədə hücumların sayı və mürəkkəbliyi artmaqda davam edir.
2017-ci ilin ilk üç ayında “Kaspersky DDoS Intelligence” sistemi 72 ölkədə yerləşən hədəflərə hücumlar qeydə alıb.
Botnetlərlə idarəetmə serverlərinin sayına görə Cənubi Koreya birinci, ABŞ isə ikinci yerdədir. 2015-ci ilin aprel ayından bəri Hollandiya ilk üçlükdə olan və hazırda siyahıda yeddinci mövqedə yer alan Çini əvəz edib. Rusiya dördüncu yerdə qərarlaşıb. Bundan başqa, komanda serverinin sayına görə 10 ölkə siyahısından Yaponiya, Ukrayna və Bolqarıstan çıxarılıb. Onları Honkonq, Rumıniya və Almaniya əvəzləyib.
Əməliyyat sistemləri üzrə bölüşdürülmə də bu rüb dəyişilib. “Linux” əsaslı İnternet cihazlardan botnetləri sıxışdıraraq “Windows” botlar ön sıraya çıxıblar: onların payı son rübdən 2017-ci ilin yanvar-mart aylarında 25%-dən 60%-dək artıb.
Hesabat dövründə heç bir gücləndirici hücumlar qeydə alınmayıb, lakin şifrələnmədən istifadə olunan hücumların sayında artım olub. Bu,"Kaspersky Lab”ın ötənilki proqnozuna uyğundur: mürəkkəb "DDoS" hücumlarına daha tez-tez rast gəlinir ki, bu hücumları da standart qoryucu vasitələrlə aşkarlamaq çətindir.
Ümumiyyətlə, ilin əvvəli kifayət qədər sakit keçib –ən çox hücum (994) fevralın 18-də müşahidə olunub və hücum müddəti üçün rekord 120 saat olub. Bu, 2016-cı ilin dördüncü rübü ilə müqayisədə azdır, belə ki, o vaxt uzunmüddətli hücum 292 saat davam edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bu-ilin-evvelinden-ddos-hucumlar-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR