Berlində bomba həyəcanı:

Almaniyada Sosial Demokratlar partiyasının paytaxt Berlindəki mərkəzi Villi Brandt Haus bomba xəbərdarlığı səbəbindən boşaldılıb.

Metbuat.az bildirir ki, partiyanın rəsmi bəyanatında şübhəli paketin həyəcana səbəb olduğu vurğulanıb.

Qeyd edək ki, demokratların 24 sentyabr seçkiləri ilə bağlı keçirdiyi iclas məhz bu səbəbdən yarımçıq qalıb.

Polisin geniş araşdırmasından sonra binaya giriş qadağası ləğv olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR