Beyninə qan sızan meyxanaçı Kərimdən YENİ XƏBƏR

Beyninə qan sızan meyxanaçı Kərimdən YENİ XƏBƏR
19:22 22 May 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsultdan əziyyət çəkən tanınmış meyxanaçı Ağakərim müalicəsini evdə davam etdirir.

Milli.Az bildirir ki, Meyxanaçı Ağamirzə (Məmmədov) big.az -a açıqlamasında həmkarının, eyni zamanda yaxın dostunun səhhətində azacıq irəliləyiş olduğunu söyləyib. Əlavə edib ki, ev şəraitində müalicə olunan meyxanaçının səhhəti normallaşmağa doğru gedir:

"Allaha şükür, babatdır. Yavaş-yavaş yaxşılaşır. Müalicəsi ev şəraitində davam edir. Həkimlər deyir ki, zamanla yaxşılaşacaq". 

Ağamirzə meyxanaçı Ağakərimin anasının vəfatından xəbərdar olduğunu da deyib:

"Ağakərimin anasının 40 mərasimini mayın 17-də idi. Ona anasının ölüm xəbərini yaxınları deyəndə, vəziyyəti pisləşdi.
Qəbrini ziyarətə getmək istəyirdi, güclə saxladıq, qoymadıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR