Müğənni Günay İbrahimli mağazaların birinin açılışında iştirak edib.
Milli.Az bildirir ki, sənətçi axşam.az fotokamerası qarşısına keçərək şəkillər çəkdirib.
G.İbrahimli yeniliklərindən danışıb. O bildirib ki, hazırda başı klip çəkilişinə qatılıb:
"Klip "O kimdi ki" mahnıma çəkilib. Rejissor Anar Hüseynova müraciət etdim. Çəkilişlər Xızı və Bakıda aparılıb. Düşünürəm ki, bu, ən yaxşı klipim olacaq. Hələ beləsi olmayıb. Ekran işində bir neçə fərqli obrazda olacam".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində