Baş məqşçi: "Əsəs hədəfimiz dünya çempionatın seçmə mərhələsidir"

Baş məqşçi: "Əsəs hədəfimiz dünya çempionatın seçmə mərhələsidir"
19:27 22 May 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ "Azərbaycan voleybolçularının kişilərdən ibarət milli komandası ilk dəfədir Azərbaycan çempionatından başqa turnirdə final oynadı. Bu da bizim üçün böyük hadisə idi". 
Bunu "Report"a açıqlamasında Azərbaycanın kişi voleybol yığmasının baş məqşçisi Fərid Cəlilov deyib. 
O bildirib ki, Əlcəzairlə oyunda bütün enerjimizi xərclədik: "Dalbadal iki ağır oyun komandamızı sarsıtdı. Bu gün komandamızda sadəcə emosiya və ruh yüksəkliyi çatmadı. İran özü də çoxlu səhvlər edən komandadır. Bugünkü oyuna statistika barəsində çox ciddi hazırlaşmışdıq. Hər şeyi xırdalığına kimi incələmişdik. Sadəcə ruh yüksəkliyimiz əksik oldu. Komanda oyunlara çıxaraq təcrübə qazanır. Misal olaraq, əgər biz çempion olsaydıq, onda bu adi olardı. Ona görə də bəlkə belə nəticə lazım idi ki, finaldan qabaq oyunçular emosiya saxlamalıdır". 
Komandaya gətirilən legionerlərin oyunlarının özünü doğrultmasına da münasibət bildirən baş məşqçi qeyd edib ki, bir komanda başqa ölkədən gətirilən iki-üç oyunçi ilə komanda olmaz: "Ona görə də özümüzün oyunçularının əziyyətini yüksək qiymətləndirirəm. Komanda finalda məğlub oldu. Çünki qrupda da qala bilərdik. Biz öz gücümüzü göstərdik. Oyunçularımız öz gücünə və inamı ilə finala qədər gəlib çıxdılar. İran komandası ilə yarımfinalda görüşməyi düşünürdüm. Çünki Əlcəzairin daha güclü komanda olduğunu hesab edirəm. İran oyuna pis başlayan komandadır. Lakin yığcam komandadır. Bu gün finalı udan komandaya heç kim pis deyə bilməz. Sadəcə İranla oyun Əlcəzairlə oyundan daha rahat olmalı idi. Çünki oyunçuların boy yüksəkliyi bizim oyunçulara uyğun gəlirdi. Oyunda öz istədiyimizi ala bilmədik. Bu da komandamızın təcrübəsizliyindən irəli gəlir. Nəzərə alsaq ki, İranın bu heyətindəki bir neçə oyunçu dünya çümpionatının finalında oynayıb, onda nəticə gözlənilən idi. Bizim komanda isə bir-iki ilə yaranan komandadır". 
"Əsəs hədəfimiz dünya çempionatın seçmə mərhələsidir. Sabah yola çıxırıq. Orada qrup mərhələsini keçərək növbəti mərhələyə adlamaq istəyirik. Sonra isə iyunda keçiriləcək avro liqa yarışlarında inamlı çıxış etmək niyyətindəyik. Bunu da sırf öz yerli oyunçularla birlikdə keçirəcəyik"- o qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/bas-meqsci-eses-hedefimiz-dunya-cempionatin-secme-merhelesidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR