Gülnarə Xəlilova: Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir

Gülnarə Xəlilova: Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir
19:36 22 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

"Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları kimi tədbirlərin keçirilməsi ölkəmizin hər zaman birincilərdən, öncüllərdən olduğunu göstərir".

Bunu Trend-ə Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova deyib.

G.Xəlilova qeyd edib ki, bu gün Azərbaycanı dünyada demək olar ki, hamı tanıyır: "Bu qürurvericidir. Azərbaycan üçün belə tədbirlərin önəmi böyükdür. Ölkədə bayram ab-havası, xeyli sayda turistin gəlməsi, milli irsimizin təbliği baxımından IV İslam Həmrəyliyi Oyunlarının böyük əhəmiyyəti var".

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2757831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR