Vladimir Putin Fransaya səfər edəcək.
Metbuat.az-ın məlumatına görə, Fransanın yeni prezidenti Emmanuel Makron rusiyalı həmkarına dəvət göndərib. Liderlər I Pyotrun Fransaya ilk səfərinin 300 illiyinə həsr olunan sərgiyə qatılacaqlar. Daha sonra Makron və Putin arasında görüş keçiriləcək.
Görüş zamanı ölkələr arasındakı siyasi və iqtisadi məsələlər müzakirə ediləcək.