Naxçıvanda torpaqların öyrənilməsi üçün 150-dən çox ekspedisiya təşkil olunub

Naxçıvanda torpaqların öyrənilməsi üçün 150-dən çox ekspedisiya təşkil olunub
20:02 22 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ AMEA Naxçıvan Bölmənin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Report"a verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra bölmənin Bioresurslar İnstitutunun Torpaq Ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevin “Naxçıvan Muxtar Respublikası torpaqlarının tədqiqi və mədəni-təbii bitkilər altında qiymətləndirilməsi” mövzusunda elmi məruzəsi dinlənilib. Sahib Hacıyev ölkədə aqrar sektoru inkişaf etdirmək məqsədi ilə irimiqyaslı dövlət proqramlarının həyata keçirildiyini, bir sıra vacib sərəncamların imzalandığını deyib. Bildirib ki, aqrar sektorun inkişafında başlıca yer tutan torpaq ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni metodların köməyi ilə regionun torpaqları elmi əsaslarla öyrənilməyə başlanılıb: “Tədqiqat işi Naxçıvan Muxtar Respublikası ərazisində 550 275 hektar sahəni əhatə edib və əkinə yararlı 162 391 hektar sahədə yem, taxıl, üzüm və tərəvəz altı torpaqlar götürülüb. Torpaqların öyrənilməsi məqsədi ilə müəyyən edilən istiqamətlər üzrə 150-dən çox ekspedisiyalara gedilib”.
Məruzəçi aparılan tədqiqatlar əsasında Naxçıvanın təbii, xüsusilə mədəni bitkilər altında yararlı torpaqların ümumi sahəsinin müəyyənləşdirildiyini, orta məsuldarlığın və qiymət ballarının hesablandığını bildirib.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksətmək üçün laboratoriya rəhbərinə müvafiq tapşırıqlar verilib.
İclasda akademik İ. Hacıyev “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri”nin icrası ilə bağlı fəaliyyət proqramı barədə iştirakçılara məlumat verib. Müzakirələrdən sonra 17 bölmədən ibarət əasanamə Rəyasət Heyətində təsdiq olunub.
İsmayıl Hacıyev cari ildə də qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması, bitki və heyvanlar aləminə aid zəngin materialların, faydalı bitkilərinin müəyyənləşdirilməsi, o cümlədən tədqiqat işlərinin nəticəsi olaraq ümumiləşdirici əsərlərin, mоnоqrafiyaların və kitabların hazırlanıb çap edilməsinin vacibliyindən danışıb. Akademik Naxçıvan ərazisində müvafiq elmi ekspedisiyaların təşkili və keçirilməsi ilə bağlı institut direktorlarına tapşırıqlar verib.
Daha sonra bölmənin şöbə və laboratoriyalarına alınan müasir cihaz və avadanlıqların vəziyyəti barədə Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov çıxış edib.
Sonda bir sıra cari məsələlərə baxılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/naxcivanda-torpaqlarin-oyrenilmesi-ucun-150-den-cox-ekspedisiya-teskil-olunub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR