Rusiya Ermənistana yeni silahlar verəcək. ABŞ
prezidenti Donald Trampın Yaxın Şərq səfəri İrana qarşı sərt tonda
verilən bəyanatlarla yadda qalır. Tramp bu gün İsrailə səfər edib.
ABŞ-PYD ittifaqı tərəfindən Rakka Şurası adı altında “işğal şurası”
yaradılıb.İŞİD-in Türkiyə Ədalət və İnkişaf Partiyasının
(AKP) qurultayına hücum planının qarşısı alınıb.
Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə yeni silahlar
verəcək. Bu barədə Hərbi-Texniki Avadanlıq üzrə
federal Xidmətin direktoru Dmitri Şuqay deyib. Onun sözlərinə görə,
KTMT ölkələrinə müdafiə sistemləri və vertolyotlar
çatdırılacaq.
Rusiya Hava-kosmik güclərinin baş komandanı Viktor Bondaryev isə
bildirib ki, Qazaxıstana, Tacikistana zenit-raket kompleksləri,
Qırğısıztana müdafiə sisteminin müasir texnikasını, Tacikistana
aviasiya və zenit-raket kompleksi, Ermənistana və Belarusa hava
hücumundan müdafiə sistemləri veriləcək.
Cəbhədə gərginlik davam edir və düşmən tərəfi hər
keçən gün daha böyük itkilər verir. Mayın 20-də
atəşkəsi pozan erməni hərbi birləşmələri daha bir itki verdi.
Ermənistan mediası əsgər Karen Danielyanın aldığı güllə yarasından
öldüyünü açıqladı.
Ermənistan cəmiyyəti artan itkilər fonunda rəsmi İrəvanı sülhə
çağırır. Erməni jurnalist Sarqis Arsruni yazır ki, münaqişə
Ermənistanı blokadaya salıb, iqtisadiyyat iflic olub.
Cəbhədə gərgin döyüşlər və sərxoşluq edən Sarkisyan: Ermənilər Qarabağ üçün AYAĞA QALXDI
“Azərbaycan bu gün Dağlıq Qarabağ və ətraf
rayonlarının işğalından əziyyət çəkir. Bu artıq 25 ildən artıqdır
davam edir. Azərbaycana qarşı işğalçını həvəsləndirən ən böyük
mənbə Moskvadır. Krımın işğaldan azad edilməsi Qarabağ, Abxaziya,
Dnestryanı problemlərinin yeganə açarıdır”. Bunu Krım
Tatar Məclisinin sədri Refat Çubarov deyib.
“İran rejimi Xomeynidən sonra terrorizmin bayrağını
daşıyır. Bizim xoş niyyətli qonşuluq münasibətlərimizi də rədd
etdi. Bu niyyətlərimizə regionda sərt siyasət və terror aksiyaları
ilə cavab verdi”. Bunu Səudiyyə Ərəbistanı kralı
Salman bin Əbdüləziz əl-Səud ərəb və müsəlman liderlərinin
ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitində çıxışı zamanı
deyib.
“İran rejimi susmağımızı zəiflik, hikmətimizi isə geri çəkilmək
kimi başa düşdü. Bu gün burada əhalisinin sayı 1.5 milyarddan çox
olan 55 ölkənin lideri ilə bir yerdəyik. Bu ölkələr dünyada sülh,
sabitlik və təhlükəsizliyin əldə edilməsi üçün terror və
radikalizmlə mübarizədə önəmli müttəfiqlərimiz oldu”, - kral
bildirib.
İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ
prezidenti Donald Trampın İranla bağlı fikirlərinə reaksiya
verib. “Demokratiyanın və orta yolun beşiyi ABŞ
tərəfindən hücumlara məruz qalır. Bu hücum xarici siyasətinmi,
yoxsa Səudiyyə Ərəbistandan alınan 480 milyard dolların
qaymağımı?”.
Qeyd edək ki, Prezident Tramp Səudiyyə Ərəbistanında səfərdə
olduğu zaman İranın Suriya rejiminə verdiyi dəstəyi kəskin tənqid
edib, bu dəstəyi qorxunc bir cinayət adlandırıb: “İran rejimi
qlobal terrorizmə liderlik edir. Bölgədə xaos yayır”.
ABŞ Prezidenti Donald Trampın İsrailə səfəri
başlayıb. Trampı Təl-Əvivin Ben-Qurion hava limanında
İsrail prezidenti Reuven Rivlin, İsrailin baş naziri Benyamin
Netanyahu, İsrail Knessetinin spikeri Yuli Edelşteyn
qarşılayıb.
Tramp buradan Qüdsə Prezident Rivlinin iqamətgahına yola düşüb.
Sabah isə Tramp İordan çayının qərb sahilində yerləşən Veflem
şəhərində gedəcək və burada Fələstin prezidenti Mahmud Abbasla
görüşəcək. O Qüdsdəki İsrail muzeyində nitq söyləyəcək və Vatikana
yola düşəcək. Trampı səfər zamanı həyat yoldaşı Melaniya və qızı
İvanka müşayiət edir.
ABŞ və İsrail İranda nüvə silahının hazırlanmasının
yolverilməzliyi barədə vahid mövqedədir. Bu haqda
Amerika prezidenti Donald Tramp Qüdsdə İsrail prezidenti Reuven
Rivlinlə görüşü zamanı bildirib.
“İsraillə eyni fikirdəyik ki...” – Trampdan NÜVƏ XƏBƏRDARLIĞI
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ
prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya
təzyiqin göstərilməsi üçün 100 gün möhlət
istəyib.
“The Asahi Shimbun” nəşrinin məlumatına görə, ABŞ Koreya Xalq
Demokratik Respublikası ilə bağlı siyasətin sərtləşdirilməsində
təkid edirdi. Pekin Şimali Koreyaya təzyiq göstərməyəcəyi halda,
Vaşinqton Pxenyanla bağlı olan Çin müəssisələri ilə əməkdaşlığı
dayandıracağı barədə xəbərdarlıq edib.
İyulda müharibə başlaya bilər: 100 gün vaxt verilib
Koreya Xalq Demokratik Respublikasının dövlət
televiziyası Pxenan-Namdo əyalətinin Pukçxan rayonunun qərb
sahilindən ballistik raketin işə salınmasının kadrlarını
göstərib. Televiziyanın xəbərində xatırlanır ki,
raketin malik olduğu uçuş məsafəsi onun Havay adalarına çatmasına
imkan verir. Burada ABŞ-ın Sakit okean donanmasının komandanlığı
yerləşir. Raketin məhvetmə radiusuna həmçinin Alyaska ştatı
düşür.
Pxenyan ABŞ donanmasının qərargahını məhv edəcək: KADRLAR GÖSTƏRİLDİ - VİDEO
ABŞ-PYD ittifaqı tərəfindən Rakka Şurası adı altında
“işğal şurası” yaradılıb. 97 nəfərlik siyahıda
Almaniya, İngiltərə, Küveyt və ABŞ vətəndaşları yer alıb.
Rakkanın İŞİD-dən azad edilməsindən sonra siyasi və hərbi
idarəçiliyi formalaşdıracaq şəxslər PKK-nın əsas qərargahı olan
Qəndil tərəfindən müəyyənləşdirilib. Aprelin 18-də isə Rakkaya
bağlı Ayn İsa qəsəbəsində amerikalı səlahiyyətlilərin də qatıldığı
toplantıda siyahının son şəkli hazırlanıb.
Ərdoğan xəbərdarlıq etmişdi: Qanlı savaş üçün İŞĞAL ŞURASI
Dünən təşkil edilən əməliyyatla öldürülən 2 İŞİD
terrorçusu Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına hücum
etməyi planlaşdırırdılar. Bu haqda Ankara valisi
Ercan Topaca bildirib.
“İstanbulda tutulan Azərbaycan mənşəli Əbu Hüseyn Cəlilovun
təqibi ilə bu 2 terrorçuya çatmaq mümkün olub”, - o deyib.
Qeyd edək ki, dünən səhər saatlarında Türkiyə polisi Ankarada
Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib.
Əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki
nəfərdən təslim olmaları tələb edilib. Polisə tabe olmayan bu
şəxslər məhv edilib.
Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
qurucusu olduğu AKP-nin növbədənkənar qurultayında partiyanın sədri
seçilib.
“Ölkənin tənəzzülünün qarşısını almağa kömək
edəcəksə, insanların qətlinə və ya ölkənin bir sıra regionlarında
hərbi vəziyyətin tətbiqinə hazıram”. Bunu Rusiyaya
səfəri ərəfəsində Filippin prezidenti Rodriqo Duterte Rusiya
KİV-inə müsahibəsində bildirib.
Prezident vurğulayıb ki, şəxsi hakimiyyətin saxlanılmasına görə
deyil, Filippin xalqı və dövlətin mühafizəsi üçün bu ölçülərə
müraciət etməməyə hazırdır.
2010-cu ildən indiyə qədər ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (CİA) Çində olan 20 casusundan 12-si öldürülüb, 8-i həbs
olunub.
“Nyu York Times” nəşri yazıb ki, Çin hakimiyyəti 2010-12-ci
illərdə CİA-ya casusluq edən 20 nəfəri ortaya çıxarıb. Məlumata
görə, bir casus digərlərinə örnək olması üçün yoldaşlarının gözü
önündə güllələnib. Casusların bir qismi çinlilər olub.
2011-ci ildən başlayaraq, ABŞ-a işləyən casuslar müəmmalı
şəkildə yoxa çıxmağa başlayıb.
Yüksək vəzifəli Amerika məmuru Çindəki casus şəbəkəsinin böyük
zərbə aldığını açıqlayıb. Məlumata görə, CİA və FTB Şimali
Virciniyada gizli ofisdə Pekində casuslara qarşı əməliyyatı analiz
edir. Hesab olunur ki, ya CİA daxilində Çinə işləyən casus var, ya
da Pekin ABŞ-ın casuslarla əlaqə yaratdığı sistemi dağıdıb.
Kəşfiyyat mənbələri FTB və CİA-nın casus əməliyyatının adının
“Bal porsuğu” (Honey Badger) olduğunu deyiblər.
ABŞ-ın casus şəbəkəsi DE-ŞİFRƏ oldu: 12 agent güllələndi
ABŞ Konqresinin üzvü, respublikaçı senator Com
Makkeynin Rusiyanın xarici işlər naziri Sergey Lavrov barəsində
söylədikləri qalmaqala səbəb olub. Makkeyn "Fox News
Sunday” proqramına müsahibəsində Rusiyanın xarici işlər naziri
Sergey Lavrovla əlaqədar kəskin ifadələr işlədib. Makkeyn Lavrovu
"quldur və qatil” Putunin "marioentkası və təbliğatçısı”
adlandırıb.
O, Rusiya XİN rəhbərinin prezident Trampla görüşünü şərh edərkən
deyib ki, Lavrovun Oval kabinetdə nə işi var?
Amerikalı senatorlara Moskvadan verilən cavab isə çox sərt
olub.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/199769.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)