Türkiyədə dizelin qiyməti qaldırılır

Türkiyədə dizelin qiyməti qaldırılır
20:12 22 May 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə dizel yanacağının 1 litrinin qiyməti 9 kuruş artırılır.

Milli.Az report.az-a istinadən bildirir ki, yeni qiymət bu gecədən etibarən tətbiq olunacaq.

Ankarada 1 litri orta hesabla 4,49 lirədən (2,14 manat) satılan dizel yanacağının 1 litrinin qiyməti dəyişiklikdən sonra 4,58 lirə (2,18 manat) olacaq.

Dizel yanacağının 1 litrinin qiyməti İstanbulda 4,44 lirədən (2,11 manat) 4,53 lirəyə (2,16 manat), İzmirdə 4,46 lirədən (2,12 manat) 4,55 lirəyə (2,17 manat) qalxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR